Şri Lankada dünyanın ən böyük ulduz sapfiri tapılıb

Şri Lankada dünyanın ən böyük ulduz sapfiri tapılıb Şri Lankanın cənubundakı Ratnapura şəhərində dünyanın ən böyük ulduzlu yaqut daşı tapılıb.
Maraqlı
27 İyul , 2021 19:52
Şri Lankada dünyanın ən böyük ulduz sapfiri tapılıb
0 : 00
0 : 00

Şri Lankanın cənubundakı Ratnapura şəhərində dünyanın ən böyük ulduz sapfiri tapılıb.

“Report” BBC-yə istinadən xəbər verir ki, 510 kiloqrama yaxın olan sapfir bir nəfərin həyətində yerin altından çıxıb.

Tam adını açıqlamaq istəməyən həmin şəxs daşı araşdırıb təsdiqlətmədən əvvəl onun palçıqdan, torpaqdan təmizlənməsinin bir ildən artıq vaxt apardığını bildirib.

Yeni daş 200 milyon dollardan artıq məbləğdə qiymətləndirilib və artıq xarici müştərilərdən daşı almaq üçün müraciətlər daxil olub.

Son xəbərlər

Orphus sistemi