Sinqapur şəkərli qazlı sulara qadağa qoyan ilk ölkə kimi tarixə düşə bilər

Sinqapur şəkərli qazlı sulara qadağa qoyan ilk ölkə kimi tarixə düşə bilər Bakı. 5 dekabr. REPORT.AZ/ Sinqapur şəkərli qazlı sulara qadağa qoyan ilk ölkə kimi tarixə düşə bilər.
Maraqlı
5 Dekabr , 2018 12:38
Sinqapur şəkərli qazlı sulara qadağa qoyan ilk ölkə kimi tarixə düşə bilər

Bakı. 5 dekabr. REPORT.AZ/ Sinqapur şəkərli qazlı sulara qadağa qoyan ilk ölkə kimi tarixə düşə bilər.

“Report” TASS-a istinadən xəbər verir ki, belə bir təklif Səhiyyə Nazirliyi tərəfindən şəkər xəstəliyinin qarşısını almaq məqsədi ilə hazırlanan tədbirlər planında əksini tapıb.

Sözügedən içkilərin istehsalı və idxalına vergilərin artırılmasını da nəzərdə tutan planda həmçinin bu kimi məhsullarla bağlı reklama məhdudiyyətlər və hətta tamamilə qadağa qoymaq, sağlamlığa faydalı və ya zərərli olmaları qeyd olunduğu markalar tətbiq olunması kimi təkliflər də var. Həmin təkliflər əvvəl ictimai müzakirələrdən keçməli olsa da, hökumət bəri başdan şəkərli qazlı içkilərlə yanaşı, şirələrin, enerji içkilərin, içki yoğurtların, “üçü bir yerdə” tipli qəhvə tozlarıının də dövriyyəsini azaltmaq fikrindədir.

Qeyd edək ki, şəkər xəstələrinin əhalinin təqribən 11 faizini təşkil etdiyi Sinqapur bu göstəriciyə görə inkişaf etmiş ölkələr arasında qabaqcıl yerlərdən birindədir. Hesablamalara görə, ölkədə adambaşına orta hesabla gündəlik 60 qram şəkər istehlak olunur ki, bunun da yarısına qədəri məhz şəkərli qazlı içkilər vasitəsilə qəbul olunur.

Son xəbərlər

Orphus sistemi