Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər

Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər Yapon klimatoloqları müəyyən ediblər ki, qlobal istiləşmənin təsiri altında Sibir və Uzaq Şərqin cənub rayonlarında meşə yanğınlarının artması Avrasiyanın şimalında orta temperaturun təxminən 0,3 dərəcə azalmasına səbəb olacaq.
Maraqlı
24 Aprel , 2024 22:38
Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər

Yapon klimatoloqları müəyyən ediblər ki, qlobal istiləşmənin təsiri altında Sibir və Uzaq Şərqin cənub rayonlarında meşə yanğınlarının artması Avrasiyanın şimalında orta temperaturun təxminən 0,3 dərəcə azalmasına səbəb olacaq.

“Report” xəbər verir ki, bu barədə Hokkaydo Universitetinin mətbuat xidməti məlumat yayıb.

Hokkaydo Universitetinin (Yaponiya) dosenti Teppey Yasunari bildirib ki, Sibirdə baş verən yanğınlar nəticəsində aerozol emissiyaları Şimal yarımkürəsinin çoxlu hissəsində temperaturun azalmasına, həmçinin Sibirdən küləklər əsən bölgələrdə havanın keyfiyyətinin pisləşməsinə səbəb olacaq: “Bu, aerozolların iqlimə və havanın keyfiyyətinə güclü təsirini bir daha vurğulayır”.

Yapon klimatoloqları qeyd ediblər ki, meşə yanğınları atmosferə çoxlu miqdarda kül hissəcikləri və aerozollar buraxır ki, bu da nəinki havanın keyfiyyətini pisləşdirir, həm də Günəş işığını və istiliyi səpələyir və bu da Yer kürəsində temperaturu azaldır.

Bundan əlavə, tədqiqatçılar müəyyən ediblər ki, havanın keyfiyyətinin pisləşməsi hər il on minlərlə insanın həyatına başa gələcək, Rusiya, Çin və Yaponiyanın tibbi xidmətləri əlavə olaraq təxminən 10 milyard dollar xərcləməli olacaqlar.

Son xəbərlər

Orphus sistemi