Şerlok Holmsa həsr olunmuş markalar buraxıldı

Şerlok Holmsa həsr olunmuş markalar buraxıldı Böyük Britaniya Krallıq Poçtu tərəfindən Artur Konan Doylun bir çox əsərlərində canlandırılan xəfiyyə Şerlok Holmsa həsr olunmuş silsilə poçt markaları buraxılıb.
Maraqlı
18 Avqust , 2020 19:32
Şerlok Holmsa həsr olunmuş markalar buraxıldı

Böyük Britaniya Krallıq Poçtu tərəfindən Artur Konan Doylun bir çox əsərlərində canlandırılan xəfiyyə Şerlok Holmsa həsr olunmuş silsilə poçt markaları buraxılıb.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, BBC TV-də istehsal olunaraq mükafatlara layiq görülən serialdan, habelə müxtəlif nəşrlərdən təsvirlərin yer aldığı markalar bu gündən satışa çıxarılır. Bunlardan altısı Benedikt Kamberbatç, Martin Friman, Amanda Abbinqton, Andryu Skott kimi aktyorların oynadığı “Sherlock” serialından epizodları əks etdirir.

Digər dörd marka Konan Doylun “Xallı lentin macərası”, “Qırmızıbaşlar liqası”, “İkinci ləkə macərası”, “Rəqqasın macərası” həkayələrilə bağlıdır.

Qeyd edək ki, bu il aprel ayında Kralıq Poçtu daha bir xəfiyyə surəti olan Ceyms Bond haqqında sayca 25-ci olan “Ölməyə vaxt yoxdur” filminə həsr olunmuş 10 marka buraxmışdı.

Son xəbərlər

Orphus sistemi