Avtoportret şövqü sadəcə nəsillə bağlı deyil, həm də bizim narsissizmimizin ortaya çıxarılmasıdır.
“Report” xəbər verir ki, bu barədə məqalə İtaliyanın “Le Figaro” nəşrində yer alıb.
2018-ci ildə Fransanın İctimai Rəy İnstitutunun (IFOP) apardığı sorğuya əsasən, fransızların yalnız 60 %-i selfi çəkir. Onlardan əksəriyyəti (34%) ayda bir dəfə və sadəcə 3%-i hər gün selfi çəkir.
Professor Nikol Gegenin sözlərinə görə, selfidən qaçan insanların səbəbləri çoxsaylıdır: selfi çəkmək nəfsini saxlayanlar, onlar əksərən sosial təmasın prioritet hesab etməyən tənha insanlardır; selfi çəkməyə nə vaxtı, nə hövsələsi olan hiperaktiv insanlar və s.
Bu həm də nəsil və cins məsələsidir: əsasən belə mühitdə böyümüş “Rəqəmsal aborigenlər” (rəqəmsal inqilabdan sonra doğulanlar), həmçinin qadınlar selfi çəkməyə daha meyillidirlər.
Araşdırmaçının sözlərinə görə, mütəmadi şəkildə öz-özünə gülən insanlar böyük üstünlüyü var: “Belə insanların özünəqiyməti, həqiqətən də, yüksəkdir. Narsisizm nə dərəcədə yüksək olarsa, o qədər də paylaşılan şəkillər olur”.
O zaman belə sual ortaya çıxır: Avtoportretə meyli olmayanların özünəqiyməti aşağıdır?
“Selfilər, ümumiyyətlə şəkillər güzgü kimidir, bizi özümüzə qaytarır. Daha sonra biz neqativ fikir, mürəkkəb emosiya (məsələn, utancaqlıq) yaradan və “digərləri mənim haqqımda nə düşünər” fikirlərinə qapan öz daxili mahiyyətimizlə təmasa girik”, - psixiatr Jan-Kristof Seznek bildirib.
Kanadanın Toronto Universitetinin “Social Psychological and Personality Science” jurnalında nəşr edilən araşdırmasına görə, selfi sevdalıları özlərini həddindən artıq yüksək qiymətləndirirlər, selfilərdə özlərini daha cəlbedici və simpatik hesab edirlər. Avtoportetə qarşı biganə olanlar isə öz çəkdikləri ilə qohumlarının çəkdiyi şəkillərdə fərq görmürlər.
“Bəzi özünəəmin insanlar selfini başqaları onları qiymətləndirsin, yaltaqlıq etsin deyə çəkirlər. Digər insanlar selfidə müəyyən əminlik və komfort axtarırlar. Ancaq unutmamaq lazımdır ki, selfi heç də həmişə özünüreklamla əlaqəli deyil”, - Nikol Gegen vurğulayıb.
Nəşrin yazdığına görə, selfilərin əksəriyyəti eqoistlikdən çəkilməyib. İctimai Rəy İnstitutunun məlumatına görə, çəkilən selfilərin çoxu həmin anı əbədiləşdirməyə yönəlib və yalnız 8% öz imicini möhkəmləndirmək məqsədini daşıyır.
Beləliklə, bizim xarakterimizi açan selfilər deyil, selfiləri hansı məqsədlər üçün istifadə etməyimiz və ondan olan gözləntilərimizdir.