2030-cu ildə Rusiya polisində robot polislər xidmətə başlaya, dövlət yol hərəkət təhlükəsizliyi müfəttişliyi və miqrasiya xidməti bölmələrdəki kimi vətəndaşlara məsləhət verə biləcəklər, həmçinin barmaq izlərini götürəcəklər.
"Report" xəbər verir ki, bu barədə TASS-a "İnterpolitex" sərgisində istehsalçı şirkətin nümayəndəsi Konstantin Pokladok bildirib.
"Promobot" robotu Permdə bizim şirkətimiz tərəfindən istehsal edilir. Hazırda artıq dördüncü versiyanın 200-dən çox robotu satılıb. Bu, Rusiyada birinci və hələlik yeganə belə ixtiradır.
İndi biz "Rəqəmli polis" konsepsiyasını həyata keçirməyə çalışırıq və mən düşünürəm ki, 2030-cu ilə qədər bizdə robot polislər işləyəcəklər", - deyə o bildirib.
Qeyd edilir ki, "İnterpolitex" sərgisinin nəticəsinə görə şirkətlə Dаxili İşlər Nаzirliyi arasında müqavilə imzalana bilər.
Pokladokun sözlərinə görə, robotlar insanların kütləvi toplaşdığı yerlərdə iş üçün nəzərdə tutulub.
"Bunlar müvafiq olaraq nəqliyyat polisi, dövlət yol hərəkət təhlükəsizliyi müfəttişliyi, miqrasiya bölmələridir. Bizim quraşdıra biləcəyimiz əlavə avadanlıqların köməyi ilə müxtəlif məsələləri həll etmək olar.
İndiki halda barmaq izlərinin və sənədlərin skaneri qurulub, robot barmaq izini skanerdən çıxara və onu məlumat bazası ilə müqayisə edə bilər", - Pokladok qeyd edib.