Ulan-Udenin (Buryatiya) hakimiyyət orqanları1964-cü ildən ev növbəsinə dayanan yerli sakinə mənzil verməkdən imtina edib.
“Report” “RİA Novisti”yə istinadən xəbər verir ki, bu barədə Buryatiya Prokurorluğu bildirib. Prokurorluqdan əlavə ediblər ki, buna baxmayaraq məhkəmə ədalətə nail olub.
Ulan-Udenin Sovet rayonunun Prokurorluğu tərəfindən müəyyən edilib ki, yerli sakin 1964-cü ilin dekabrından yaşayış şəraitinin yaxşılaşması üçün növbəyə dayanıb. Hazırda onun sıra növbəsinin nömrəsi 2-dir. Ancaq Ulan-Ude administrasiyası qadının kasıb olmamasına istinad edərək ona ev verilməsindən imtina edib.
Öz növbəsində isə prokurorluq hakimiyyətə qadına 3 ay ərzində ev verməyi tələb edib və sakinin şəhər administrasiyası əleyhinə iddiasını müdafiə edib. Ulan-Udenin Sovet rayon Məhkəməsi və sonra Regionun