Qüdsdə zəvvarlar üçün 3000 il yaşı olan ianə daşı tapılıb

Qüdsdə zəvvarlar üçün 3000 il yaşı olan ianə daşı tapılıb Bakı. 24 noyabr. REPORT.AZ/ Qüds ərazisində qazıntı işləri aparan arxeoloqlar zəvvarların ianələrinin həcminin hesablanması üçün unikal daş aşkar ediblər.
Maraqlı
24 Noyabr , 2018 08:13
Qüdsdə zəvvarlar üçün 3000 il yaşı olan ianə daşı tapılıb

Bakı. 24 noyabr. REPORT.AZ/ Qüds ərazisində qazıntı işləri aparan arxeoloqlar zəvvarların ianələrinin həcminin hesablanması üçün unikal daş aşkar ediblər.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, arxeoloji tapıntının təxminən min il illərlə yaşı var.

Arxeoloqların bildirdiyinə görə, arxeoloji tapıntı təxminən üç min il bundan əvvəl, İlk Məbədin dövründə istifadə olunub.

Alimlər bildiriblər ki, daş Qərb divarının təməlinin yanındakı torpağı ələkdən keçirərkən aşkar edilib. Onu möhürlərin hazırlanması üzrə ixtisaslaşmış şəxs hazırlayıb. İlk Məbədin dövrü bu regionda pullardan istifadə edilməmişdən əvvəl yaranıb.

Qədim daşın aşkarlandığı yerdə daha bir neçə daş da tapılıb. Buna görə də alimlər güman edirlər ki, burada haçansa böyük məbəd olub.

Son xəbərlər

Orphus sistemi