Bakı. 19 oktyabr. REPORT.AZ/ Portuqaliyanın paytaxtı Lissabondan İrlandiyanın Dublin şəhərinə uçan sərnişin yanında oturan adamı dişləyəndən sonra ölüb.
"Report" "İrish İndependent" qəzetinə istinadən xəbər verir ki, İrlandiyanın "Aer Lingus" şirkətinə məxsus təyyarənin göyərtəsində 168 sərnişin və 6 heyət üzvü olub.
Təyyarənin komandiri İrlandiyanın cənubunda Kork hava limanından təcili eniş üçün icazə istəyəndə həyəcanlanan 24 yaşlı portuqaliyalı sərnişin yanında oturan adamı dişləyəndən sonra bayılma keçirib. Onu xəstəxanaya aparıblar. Xəstəxanada ona tibbi yardım göstərilib, amma həyatını xilas etmək mümkün olmayıb. Həkimlər onun güclü həyəcandan öldüyünü bildiriblər.
İrlandiya polisi sərnişlərin hamısından izahat alıb. Ölənin adı açıqlanmayıb.