Fransanın paytaxtı Parisdə Eyfel qülləsinin yaxınlığında minlərlə insan miqrasiya qaydalarını sərtləşdirən yeni qanunlara etiraz etmək üçün küçələrə axışıb.
“Report”
Fransanın daxili işlər naziri Jerald Darmanenin hazırladığı normativ akta qarşı keçirilən mitinqdə həmkarlar ittifaqı və tələbə təşkilatlarının, eləcə də siyasi partiyaların nümayəndələri iştirak edirlər. Həmçinin nümayişlərə Fransa Kommunist Partiyası, İtaətsiz Fransa Partiyası və solçu Fəhlə Mübarizə hərəkatının üzvləri qatılıblar.
Eyfel qülləsinə baxan Trokadero meydanına toplaşan etirazçılar “Darmanen qanununu ləğv edin” və “Fransız və ya miqrant – hamımız fəhlə sinfiyik” şüarları səsləndiriblər.