Bakı. 11 dekabr. REPORT.AZ/ Oslo və Stokholmda Nobel mükafatının 2018-ci il üzrə laureatlarının təltif edilməsi münasibətilə təntənəli tədbir keçirilib.
"Report" İnterfax"a istinadən xəbər verir ki, ənənəvi təltifolunma mərasimi Norveçin və İsveçin paytaxtlarında baş tutub.
Stokholmun konsert zalında fizika, kimya, fiziologiya və tibb və iqtisadiyyat sahələri üzrə mükafatları İsveç kralı XVI Karl Qustav şəxsən təqdim edib. Geniş zalda elm, mədəniyyət və incəsənət nümayəndələri toplaşıblar. Mükafatlandırma mərasimindən əvvəl Stokholm Filarmoniya orkestrinin ifası dinlənilib.
Osloda Norveç kralı V Harald və kral ailəsi üzvlərinin iştirakı ilə ilin cərrahiyyə üzrə laureatı, Konqo Demokratik Respublikasından olan Denis Mukveqe və İraqdan olan hüquq-müdafiəçisi Nade Murad mükafatlandırılıblar.
Bu il kimya sahəsində Nobel mükafatının qalibləri molekulların təkamülünə dair araşdırmalarına görə Fransis Arnold, Corc Smit, Qreqori Uinter olublar.