NASA: Marsda üzvi maddə tapılıb

NASA: Marsda üzvi maddə tapılıb Mövsümi olaraq planetdə metanın artdığı da təsdiqlənib
Maraqlı
8 İyun , 2018 11:25
NASA: Marsda üzvi maddə tapılıb
0 : 00
0 : 00

Bakı. 8 iyun. REPORT.AZ/ ABŞ-ın “Curiosty” kəşfiyyat qurğusu Marsda Gale kraterinin özülündə üzvi maddə aşkarlayıb.

“Report” “CNNTurk”ə istinadən xəbər verir ki, məlumatı ABŞ-ın Aeronavtika və Kosmosun Araşdırılması üzrə Milli İdarə (NASA) yayıb.

Bildirilib ki, “Curiosty” 2012-ci ildən Marsda araşdırma aparır. Onun Gale kraterində apardığı araşdırma nəticəsində 3,5 milyard illik qayalıqda üzvi maddə aşkar edilib. Alimlər bildiriblər ki, Marsdan gələn nümunələrə qırmızı planetdə qədimdə yaşayışın olması, yaşayış üçün qida mənbəyi, yaxud başqa bir həyatın mövcudluğu kimi baxmaq olar.

NASA-nın Kaliforniyadakı laboratoriyasının əməkdaşı Aşvin Vasavada deyib: “Əgər qədim zamanda orada yaşayış olubsa, bu, həyatın üzləri üçün yeni detalların tapıla biləcəyi şansını artırır”.

Marsın atmosferində metanı ölçmək üçün lazer spektrometrindən istifadə edilib. Mövsümi olaraq planetdə metanın artdığı da təsdiqlənib.

Nümunələr qədimdə Marsda mikroorqanızmlərin olduğunu, hətta indi də tapıla biləcəyini ehtimal etməyə imkan verir. 

Son xəbərlər

Orphus sistemi