Bakı. 4 dekabr. REPORT.AZ/ Almaniyada Avropanın ən bahalı Milad yolkası bəzədilib.
"Report" "Blick" qəzetinə istinadən xəbər verir ki, yolka ağacı Münhendə quraşdırılıb. Üzərində 2018 qızıl sikkə quraşdırılan ağac piramida formasındadır.
Məlumata görə, qurğunun ümumi çəkisi 63 kiloqramdan, dəyəri isə 2,6 milyon dollardan çoxdur.
Milad üçün bu hazırlığı qiymətli metal satışı ilə məşğul olan "Pro Aurum" şirkəti görüb. Qeyd olunur ki, qızıl ağac dekabrın 15-dək şirkətin ofisində saxlanılacaq.
Con 2018 monedas de oro rematadas por una estrella dorada, Pro Aurum logró el armado del árbol navideño más caro del mundo, con un valor de 2.3 millones de euros. pic.twitter.com/smk8X92w2C