Mobil qadjetlərin doldurulması üçün xüsusi geyimin yaradılması üzərində iş aparılır

Mobil qadjetlərin doldurulması üçün xüsusi geyimin yaradılması üzərində iş aparılır Bakı. 13 iyul. REPORT.AZ/ Sinsinnati Universitetinin mühəndisləri ABŞ Hərbi Hava Qüvvələrinin Rayt-Patterson bazası ilə tərəfdaşlıqda mobil qadjetlərin doldurulması məqsədi ilə xüsusi geyimin istehsal edilməsi üçün innovasion parçanın yaradılması üzərində iş aparır.
Maraqlı
13 İyul , 2018 11:19
Mobil qadjetlərin doldurulması üçün xüsusi geyimin yaradılması üzərində iş aparılır
Global Look Press

Bakı. 13 iyul. REPORT.AZ/ Sinsinnati Universitetinin mühəndisləri ABŞ Hərbi Hava Qüvvələrinin Rayt-Patterson bazası ilə tərəfdaşlıqda mobil qadjetlərin doldurulması məqsədi ilə xüsusi geyimin istehsal edilməsi üçün innovasion parçanın yaradılması üzərində iş aparır.

Bu barədə "Report" "İzvestiya"ya istinadən xəbər verir.

Gələcək parçanın strukturunu vakuum kamerada "böyüdülən" karbon nanoborular təşkil edir. Karbon nanoborular çox möhkəmdir, yüksək keçiriciliyə və termodavamlılığa malikdir.

Hərbçilər üçün bu layihənin reallaşması ağır batareyaların əvəz edilməsi deməkdir. Məsələn, tədqiqatçılar qeyd edirlər ki, ümumi ləvazimatın çəkisinin üçdə birinə qədər gecəgörmə cihazları və kommunikasiya qurğuları təşkil edir. 

Son xəbərlər

Orphus sistemi