Mayk Taysonla Paul arasında boks döyüşü təxirə salınıb

Mayk Taysonla Paul arasında boks döyüşü təxirə salınıb Keçmiş mütləq dünya çempionu amerikalı Mayk Taysonla həmyerlisi bloger Ceyk Pol arasında keçiriləcək boks görüşü təxirə salınıb.
Maraqlı
1 İyun , 2024 07:10
Mayk Taysonla Paul arasında boks döyüşü təxirə salınıb

Keçmiş mütləq dünya çempionu amerikalı Mayk Taysonla həmyerlisi bloger Ceyk Pol arasında keçiriləcək boks görüşü təxirə salınıb.

“Report” xəbər verir ki, bu barədə döyüşün təşkilatçısı olan “Most Valuable Promotions”un mətbuat xidməti məlumat yayıb.

Döyüş iyulun 20-də Vaşinqtonda (ABŞ) baş verməli idi.

“Təəssüf ki, Pol və Tayson arasında çoxdan gözlənilən döyüş təxirə salınacaq. Həkimlərlə məsləhətləşmələrdən sonra Taysona bir neçə həftə ərzində minimal fiziki fəaliyyət tövsiyə olunub, bundan sonra o, tam məşqlərə qayıda bilər. Mayk və Ceyk hər iki idmançının döyüşə yaxşı formada gəlmək üçün bərabər şəraitə ehtiyacı olduğu barədə razılığa gəldilər”, - bəyanatda deyilir.

Qeyd olunub ki, döyüşün yeni tarixi iyunun 7-dən əvvəl açıqlanacaq.

Son xəbərlər

Orphus sistemi