Afrika sakini Malavi gölünü 581 kilometr məsafədə üzüb keçərək dünya rekorduna imza atıb - FOTO - VİDEO

Afrika sakini Malavi gölünü 581 kilometr məsafədə üzüb keçərək dünya rekorduna imza atıb - FOTO - VİDEO Cənubi Afrika sakini Martin Xobbs Malavi gölünü 54 gün ərzində 581 kilometr məsafədə üzüb keçərək dünya rekorduna imza atıb və Ginnesin Rekordlar kitabına düşüb.
Maraqlı
28 Aprel , 2019 04:56
Afrika sakini Malavi gölünü 581 kilometr məsafədə üzüb keçərək dünya rekorduna imza atıb - FOTO - VİDEO

Cənubi Afrika sakini Martin Xobbs Malavi gölünü 54 gün ərzində 581 kilometr məsafədə üzüb keçərək dünya rekorduna imza atıb və Ginnesin "Rekordlar" kitabına düşüb.

"Report" xəbər verir ki, bu barədə UPI məlumat yayıb.

Qeyd edilir ki, Xobbs Malavi gölünü üzüb keçmiş ilk insan kimi dünya rekordunu qırıb.

"Mən həmişə Afrika macərasına qarışmaq istəyirdim, və bu heç vaxt buna müvəffəq olmurdum. İstəmirdim ki, dəfnimdən sonra məni ağır işləyən oğlan kimi xatırlasınlar. Özündən sonra iz qoymaq yaxşıdır", - deyə Xobbs CNN telekanalına müsahibəsində bildirib.

Qeyd edilir ki, Xobbsun rekordu həmçinin timsahların və begemotların olduğu gölü keçmək cəsarəti baxımından da unikaldır.

Xobbs bildirib ki, rekorda görə alınmış pulu Cənubi Afrikada uşaqların üz-çənə əməliyyatlarının maliyyələşdirilməsi ilə məşğul olan xeyriyyəçilik fonduna daxil etmək niyyətindədir.

Son xəbərlər

Orphus sistemi