Korsikada dalğa 50 tonluq kaşalot cəsədini sahilə atıb

Korsikada dalğa 50 tonluq kaşalot cəsədini sahilə atıb Bakı. 27 noyabr. REPORT.AZ/ Korsikanın qərb sahilində yerləşən çimərlikdə uzunluğu 12 metr, çəkisi isə 50 tondan çox olan kaşalot cəsədi aşkar edilib.
Maraqlı
27 Noyabr , 2018 05:41
Korsikada dalğa 50 tonluq kaşalot cəsədini sahilə atıb

Bakı. 27 noyabr. REPORT.AZ/ Korsikanın qərb sahilində yerləşən çimərlikdə uzunluğu 12 metr, çəkisi isə 50 tondan çox olan kaşalot cəsədi aşkar edilib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli "Corse Net Infos" nəşri yazıb.

Bildirilir ki, nəhəng balina bazar ertəsi səhər Qaleriya kommunası ərazisində Korsika regional parkının bir hissəsi olan "Skandola" qoruğunun əməkdaşları tərəfindən tapılıb.

Park nümayəndəsi Jan-Mari Dominiçi bildirib ki, kaşalot, ehtimal ki, bir neçə gün əvvəl ölüb. Onun sözlərinə görə, məməlinin nədən öldüyü hələ aydın deyil, lakin kürək üzgəci ilə quyruq arasındakı travma izləri kaşalotun qocalıqdan deyil, digər heyvanların hücumuna məruz qalaraq öldüyünü güman etməyə əsas verir.

İndi meriya və yanğın xidməti 50 tonluq balinanın təxliyyə planını hazırlamalıdır. Əməliyyata regionda proqnozlaşdırılan güclü külək mane ola bilər.

Bundan əvvəl Yeni Zelandiya sahillərində 145 delfin sahilə atılaraq kütləvi şəkildə məhv olub.

Son xəbərlər

Orphus sistemi