KİV: Nikolas Maduro ABŞ maliyyə şirkətlərinin nümayəndələri ilə görüşüb

KİV: Nikolas Maduro ABŞ maliyyə şirkətlərinin nümayəndələri ilə görüşüb Venesuelanın Prezidenti Nikolas Maduro və digər rəsmi şəxslər son həftələrdə ərzində Karakasda ABŞ-ın bir sıra maliyyə şirkətlərinin nümayəndələri ilə görüşlər keçiriblər.
Maraqlı
18 Dekabr , 2019 12:57
KİV: Nikolas Maduro ABŞ maliyyə şirkətlərinin nümayəndələri ilə görüşüb

Venesuelanın Prezidenti Nikolas Maduro və digər rəsmi şəxslər son həftələrdə ərzində Karakasda ABŞ-ın bir sıra maliyyə şirkətlərinin nümayəndələri ilə görüşlər keçiriblər.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, oktyabr ayının sonunda keçirilən belə bir görüş zamanı Venesuelanın ABŞ kreditorlarına yığılan 60 milyard dollar məbləğində borcunu ödəməyin yolları müzakirə olunub. Kreditorlar arasında “Pimco” və “T.Rowe Price” sərmayə fondlarının, “Goldman Such” bankının olduğu bildirilir. Həmçinin Veneauela ərazisində neft hasilatı hüququ veriləcək və adı çəkilməyən şirkətlə kreditorlar arasında əməkdaşlığı nəzərdə tutan plan da müzakirə mövzusu olub. Bu halda neftin ixracatından əldə ediləcək gəlirin bir hissəsi ölkə əhalisi üçün ərzaq almağa sərf edilə bilər.

Mənbələr Karakasa gələn ABŞ iş adamlarından bəzilərinin buna administrasiya tərəfindən icazə aldıqlarını bildirdiklərini açıqlayıb. Belə ki, Ağ Evin Venesuelaya dair siyasətinin dəyişə biləcəyi güman olunur.

Son xəbərlər

Orphus sistemi