KİV: Əbu-Dabi hava limanında dünyanın ən yaşlı adamı aşkarlanıb - FOTO

KİV: Əbu-Dabi hava limanında dünyanın ən yaşlı adamı aşkarlanıb - FOTO Hind rahibi Svami Şivananda (Swami Sivananda) dünyanın ən yaşlı sakini adlandırıla bilər.
Maraqlı
9 Oktyabr , 2019 05:31
KİV: Əbu-Dabi hava limanında dünyanın ən yaşlı adamı aşkarlanıb - FOTO

Hind rahibi Svami Şivananda (Swami Sivananda) dünyanın ən yaşlı sakini adlandırıla bilər.

"Report" "Daily Mail"ə istinadən xəbər verir ki, onun yaşı Əbu-Dabi şəhərinin hava limanı əməkdaşlarının diqqətini cəlb edib.

Şəxsiyyət vəsiqəsinə əsasən Svami Şivananda 1896-cı ilin 8 avqustunda Hindistanın Kəlküttə şəhərində dünyaya gəlib. Əgər sənəddəki məlumatlar düzdürsə, 123 yaşlı Şivananda Yer kürəsinin ən yaşlı adamı hesab edilir.

Qeyd edilir ki, hindistanlı 5 yaşında valideynlərini itirib. Şivananda böyüdükdən sonra həyatını səyahətlərə həsr etmək qərarına gəlib. O, bildirib ki, qeyri-adi həyat tərzi keçirir: - döşəmədə yatır.

Ona dəfələrlə məsləhət görülüb ki, planetin ən yaşlı adamı kimi tanınmaq üçün Ginnesin "Rekordlar" kitabına düşmək üçün müraciət etsin. 

Son xəbərlər

Orphus sistemi