Karantində darıxanlar üçün onlayn-bar açıldı

Karantində darıxanlar üçün onlayn-bar açıldı Rusiyanın məşhur brendinq agentliyi olan “shishki.collective”in əməkdaşları koronavirusa yoluxmamaq üçün insanları evdə qalmağa çağıran #StayTheFuckHome trendinə dəstək olaraq beynəlxalq onlayn-bar təsis edib.
Maraqlı
16 Mart , 2020 17:22
Karantində darıxanlar üçün onlayn-bar açıldı

Rusiyanın məşhur brendinq agentliyi olan “shishki.collective”in əməkdaşları koronavirusa yoluxmamaq üçün insanları evdə qalmağa çağıran #StayTheFuckHome trendinə dəstək olaraq beynəlxalq onlayn-bar təsis edib.

“Report” xəbər verir ki, agentliyin yaratdığı bara analoji ad verilib – “Stay The Fuck Home Bar”.

Onlayn-təsisat xüsusi otaqlardan ibarətdir. Əsas otağa 12 nəfərədək insan sığır, kiçik otaq isə 4 nəfərlikdir. Xüsusi keçid vasitəsilə dostları dəvət etmək mümkündür.

Burada bütün videoçat və barlarda olduğu kimi içmək, söhbətləşmək, sağlıq demək və s. mümkündür. Burada dress-kod mövcud deyil, tibbi maska taxmadan da vaxt keçirmək olar.

“Bardan həzz alın, ancaq öz yaxınlarınızı unutmayın və onlarla əlaqədə olun”, - saytın təsisçiləri bildirib.

Son xəbərlər

Orphus sistemi