Kanadanın baş naziri Castin Tryudo 1885-ci ildə ittiham edilmiş kri tayfasının rəhbərinə 134 il sonra bəraət qazandırıb.
"Report" xəbər verir ki, bu barədə
Bildirilir ki, kri tayfasının rəhbəri Paundmeyker hindi üsyanında iştirak etdikdən sonra, 1885-ci ildə dövlət xəyanətində ittiham edilib. Sonra Paundmeyker ağ ciyərindəki xəstəliyə görə azadlığa buraxılıb, lakin o, tezliklə ölüb.
"2019-cu ildə biz onun həqiqətini görürük O, lider, siyasətçi və sülhpərvər şəxs kimi faydasız ölümlərə yol verməmək üçün mümkün olan hər şey edirdi", - deyə Tryudo bildirib.
Baş nazir Kanadanın hindi tayfalarının qarşısındakı çıxışında deyib ki, tayfa rəhbərinin bəraəti üçün 134 il lazım gəlib. Mərasimlər zamanı həmçinin Paundmeykerin məzarı önünə müqəddəs sayılan tütün qoyulub.
"Rəhbər Paundmeyker tez-tez irəliyə doğru hərəkət etməyin zəruri olması barədə danışırdı", - deyə Tryudo qeyd edib.
Baş nazir qeyd edib ki, hökumət Kanadanın yerli xalqları ilə qarşılıqlı anlaşmaya nail olmaq üçün keçmiş səhvlərini etiraf etməlidir.