II Dünya müharibəsinin veteranı koronavirusdan sağaldı

II Dünya müharibəsinin veteranı koronavirusdan sağaldı II Dünya müharibəsinin 99 yaşlı veteranı Ernando Piveta koronavirusdan sağalıb.
Maraqlı
15 Aprel , 2020 13:20
II Dünya müharibəsinin veteranı koronavirusdan sağaldı

II Dünya müharibəsinin 99 yaşlı veteranı Ernando Piveta koronavirusdan sağalıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Braziliyanın Müdafiə Nazirliyi açıqlayıb.

Məlumata görə, braziliyalı veteran aprelin 6-sı koronavirus diaqnozu ilə hərbi xəstəxanaya yerləşdirilib. Aparılan müalicə nəticəsində o, sağalıb. 

Ekspedisiya korpusunun əsgəri olmuş E.Piveta Braziliyanın uğurlu hərbi kampaniyası nəticəsində İtaliyanın Monteze şəhərinin alınmasının yubileyi günü xəstəxanadan evə buraxılıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 005 000-i ötüb. Bunların 485 899 nəfəri sağalıb, 126 858 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi