İtaliyada tibb bacısı vaxtilə işlədiyi xəstəxanaya 600 min avro vəsiyyət edib

Maraqlı
  • 13 avqust, 2018
  • 00:18
İtaliyada tibb bacısı vaxtilə işlədiyi xəstəxanaya 600 min avro vəsiyyət edib

 Bakı. 13 avqust. REPORT.AZ/ İtaliyada Triyest şəhərində təqaüdçü Mariya Bolonya əvvəllər tibb bacısı işlədiyi xəstəxanaya 600 min avro vəsiyyət edib.

"Report" xəbər verir ki, bu barədə İL Piccolo yazıb.

Bildirilir ki, Bolonya 2017-ci ildə 95 yaşında vəfat edib. Ərinin və yeganə oğlunun ölümündən sonra yığılan pulları kiməsə verməyə qohumu da olmayıb. 

Artıq planlaşdırılır ki, o pula tibb müəssisəsində müalicə üçün yoluxucu xəstəliklərin qanköçürmə şöbəsi və 450 nəfərlik yeni qarderob tikmək planlaşdırılır. Xəstəxananın planlarına yeni yeməkxananın tikilərək istifadəyə verilməsi də daxildir.