İtaliyada bir ayağı olmayan qız ölkə gözəli seçilib

İtaliyada bir ayağı olmayan qız ölkə gözəli seçilib Bakı. 19 sentyabr. REPORT.AZ/ Romada bir ayağından məhrum olmuş gəzmə məhdudiyyətli 18 yaşlı Kayara Bordi İtaliya gözəli müsabiqəsinin qalibi olub.
Maraqlı
161
19 Sentyabr , 2018 03:21
İtaliyada bir ayağı olmayan qız ölkə gözəli seçilib

Bakı. 19 sentyabr. REPORT.AZ/ Romada bir ayağından məhrum olmuş gəzmə məhdudiyyətli 18 yaşlı Kayara Bordi "İtaliya gözəli" müsabiqəsinin qalibi olub.

"Report" xəbər verir ki, bu barədə "Ridus" məlumat yayıb.

Məlumatda bildirilir ki, Kayara hələ 13 yaşında ikən velosiped sürərkən qəzaya düşüb. Nəticədə o, ayağının birini itirib. Lakin buna baxmayaraq Kayara İtaliyanın gözəllik müsabiqəsində iştirak edib. O, hətta yarışmanın final mərhələsinə çıxa bilib. Müsabiqənin bütün iştirakçıları onun əlilliyini müsbət qarşılayıblar.

Son xəbərlər

Orphus sistemi