İtaliyada ayı ilə qarşılaşan yeniyetmə sağ qaldı - VİDEO

İtaliyada ayı ilə qarşılaşan yeniyetmə sağ qaldı - VİDEO Alp dağlarının İtaliyaya aid hissəsindəki meşədə valideynləri ilə gəzən 12 yaşlı oğlan ayı ilə rastlaşıb.
Maraqlı
28 May , 2020 02:55
İtaliyada ayı ilə qarşılaşan yeniyetmə sağ qaldı - VİDEO

Alp dağlarının İtaliyaya aid hissəsindəki meşədə valideynləri ilə gəzən 12 yaşlı oğlan ayı ilə rastlaşıb. 

Bu barədə "Report" "New York Post"a istinadən xəbər verir.

Qeyd edilir ki, onun yırtıcı ilə qarşılaşması sosial şəbəkələrdə paylaşılıb.

Kadrlarda ayının yeniyetməni gördüyü, onun arxasınca gəldiyi əks olunur. Bu zaman oğlan valideynlərinin göstərişlərinə riayət edərək ayı ilə görüşə olduqca sakit şəkildə reaksiya verib. Valideynlər onun bu hərəkətinin videosunu çəkiblər.

KİV-in məlumatına görə, bu “gəzinti” hansısa bir anda heyvanı bezdirib və o kollarda gizlənib. Yeniyetmənin anası sonra deyib ki, ayı özünü aqressiv aparmayıb və ehtimal ki, maraqla onun oğlunun dalınca gedib.

Son xəbərlər

Orphus sistemi