İtaliya alimləri ölkənin cənub-şərq sahillərində unikal mərcan rifini aşkarlayıblar.
"Report" xəbər verir ki, bu barədə
Məlumata görə, mərcan rifi biomüxtəliflliyinə, quruluşuna görə Avstraliya və Maldiv adalarının riflərinə oxşayır.
Rifin uzunluğu təxminən 2,5 kilometr təşkil edir. O, Monopoli şəhəri yaxınlığında 30-55 dərinlikdə yerləşir. Rifinin unikallığı ondan ibarətdir ki, işığın az miqdarına baxmayaraq, mərcanlar parlaq - narıncı, qırmızı və bənövşəyi rənglərə bürünüb.
Bari Universitetinin Biologiya Departamentinin direktoru, professor Cuzeppe Korriero bildirib ki, məşhur Avstraliya və ya Maldiv mərcan rifləri demək olar, suyun səthində artırlar və günəş işığından maksimal istifadə edirlər. İtaliyada aşkar edilmiş rif çox nadirdir. Çünki onlar nadir hallarda sağ qalmağa və artmağa müvəffəq olurlar.