İspaniyanın Jirona şəhərində “Lyaes” orta əsr qalası icarəyə çıxarılıb.
“Report”un məlumatına görə, bu barədə
Qeyd edilir ki, qəsr X əsrdə tikilib. Onun içərisində 16 qonaq otağı yerləşə bilər. Qəsrə Barselonadan iki saata getmək mümkündür.
Qəsrin bir gecəsi turist şirkətinə 330 dollara başa gələcək. Bu, təxminən hər adama 20 dollar deməkdir. Kirayənişinlərin ixtiyarına taxta çarpayılar, kilsə, bağ və quyu veriləcək.
Yuxarı otaqlara yük qaldırıcı kanatlarla çatdırılır. Qəsrin sahibi Mark Qindjoan bildirib ki, qəsri tez-tez əyləncə məclisləri üçün kirayələyirlər.
Mark potensial qonaqlara xəbərdarlıq edərək bildirib ki, “Lyaes” qəsri sivilizasiyadan uzaqdır. Buna görə qonaqlar piyada keçidlərindən istifadəyə hazır olmalıdırlar. Bununla yanaşı, qəsrə üz tutacaq şəxslər yemək ehtiyatı da görməlidirlər. Çünki yaxınlıqda mağaza yoxdur.