Bakı. 26 oktyabr. REPORT.AZ/ İrlandiyalı müğənni, ötən il adını Maqda Davitə dəyişən Şineyd O Konnor İslam dinini qəbul etdiyini bildirib.
"Report" xəbər verir ki, bu barədə "Daily Mail" nəşri yazıb.
Sənətçi bildirib ki, hazırda onun adı Şuhadədir. Nəşrin məlumatına görə, müğənninin yeni ad tərcümədə "şəhid" deməkdir.
Müğənni müsəlmanlığı qəbul etmək barədə qərarını
"Bu, istənilən ağıllı ilahiyyatçının yolunun məntiqi sonudur. Bütün müqəddəs kitablar İslama aparır və bu o deməkdir ki, bütün digər dini kitablar artıqdır. Mənim yeni adım Şuhadədir", - deyə müğənni yazıb.
Nəşr həmçinin qeyd edib ki, O Konnor ötən cümə günü videogörüntü yayıb. O, videogörüntüdə azan oxuyur.