İlk dəfə canlı ürək 3D printerində çap olunub

İlk dəfə canlı ürək 3D printerində çap olunub Təl-Əviv Universitetinin alimləri dünyada ilk dəfə 3D formatında insan toxumlarından ibarət canlı ürək çap edə biliblər.
Maraqlı
15 Aprel , 2019 18:33
İlk dəfə canlı ürək 3D printerində çap olunub

Təl-Əviv Universitetinin alimləri dünyada ilk dəfə 3D formatında insan toxumlarından ibarət canlı ürək çap edə biliblər.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə universitetin yaydığı açıqlamada bildirilir.

“Bazar ertəsi Təl-Əviv Universitetinin laboratoriya müdiri professor Tal Dvir canlı döyünən ürəyi 3D printerində çap etmək üçün bir xəstədən götürülmüş insan toxumlarını istifadə etmək prosesini təqdim edərək bununla təbabətdə ümumdünya sıçrayışına imza atıb”.

Bu tədqiqat çərçivəsində çap olunan onlarla ürəyin nə qədər səmərəli fəaliyyət göstərdiklərini yoxlamaq üçün heyvanlara köçürüləcəyi bildirilir. Hər ürək, təqribən, 2,5 santimetr ölçüsündədir ki, bu da, təxminən, bir dovşan ürəyinin ölçüsünə uyğundur. Hər ürəyin çapı üç saat yarım vaxt aparıb.

Son xəbərlər

Orphus sistemi