Honkonqda dünyanın ən böyük süni adası salınacaq.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, layihə "Lantau Tomorrow Vision" adllanır. Onun həyata keçirilməsinə 80 milyard dollar vəsait ayrılacaq.
Vəsaitin üçdə bir hissəsi süni arxipelaqın 1000 hektar təşkil edəcək ümumi sahəsinə xərclənəcək. Onun sahəsi tədricən daha 1700 hektar artırılacaq.
Müqayisə üçün qeyd edilir ki, Dubaydakı "Palm-Cumeyra" süni adasının sahəsi 560 hektar təşkil edir.
Qəsəbə Lantau adası yaxınlığında, Mirvari çayının mənsəbi yaxınlığında inşa ediləcək. Onun yaxınlığında Honkonqun əsas hava limanı Çxeklapkok yerləşir.
İddaya görə, dəniz səviyyəsindən 6 metr hündürlükdə yerləşəcək ada hətta iqlim dəyişikliklərinin təsiri altında orta temperaturun yüksələcəyi, suyun səviyyəsi qalxacağı təqdirdə sürətli hava axınlarından qorunacaq.
Arxipelaqın ərazisində 260 mindən çox ev olacaq. Onların 70%-i bələdiyyə evləri təşkil edəcək. İnşaat mənzil böhranı problemini həll etməyə qismən kömək edəcək.
Qeyd edək ki, Hon Konqun adı dünyanın ən çox maaş verilən şəhərləri sırasındadır.