Hindistanın baş naziri sosial şəbəkə hesablarını qadınlara verdi

Hindistanın baş naziri sosial şəbəkə hesablarını qadınlara verdi Hindistanın baş naziri Narendra Modi 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə sosial şəbəkələrdəki hesablarını bir günlük qadınların istifadəsinə verib.
Maraqlı
8 Mart , 2020 13:32
Hindistanın baş naziri sosial şəbəkə hesablarını qadınlara verdi

Hindistanın baş naziri Narendra Modi 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə sosial şəbəkələrdəki hesablarını bir günlük qadınların istifadəsinə verib.

“Report” xəbər verir ki, bu barədə baş nazir özünün “Twitter”dəki səhifəsində bildirib.

Qadınları bayram münasibətilə təbrik edən baş nazir bildirib ki, bir neçə gün əvvəlki vədinə əməl edərək sosial şəbəkədəki hesablarından çıxır. Narendra Modi qeyd edib ki, bu gün yeddi qadın onun hesabları vasitəsilə sosial şəbəkələrdə özlərinin həyat təcrübəsini bölüşəcəklər.

Baş nazirin “Twitter”dəki vasitəsilə sosial şəbəkəyə daxil olan birinci qadın “Food Bank India” proqramının banisi Snexa Moxandoss olub. Snexa Moxandoss bütün həmvətənlərini, xüsusən qadınları onun səsinə səs verməyə və ətrafında toplaşmağa, xeyriyyəçilik işləri ilə məşğul olmağa çağırıb.

Qeyd edək ki, Narendra Modi - sosial şəbəkələrdə ən məşhur olan dünya liderlərindən biridir: onun “Twitter”də 53,3 milyon, “Facebook”da 44 milyon, “Instagram”da 35,2 milyon izləyicisi var. 

Son xəbərlər

Orphus sistemi