Hindistanda naməlum sivilizasiyaya aid olan qayaüstü təsvirlər aşkarlanıb

Hindistanda naməlum sivilizasiyaya aid olan qayaüstü təsvirlər aşkarlanıb Bakı. 3 oktyabr. REPORT.AZ/ Hindistanın qərbindəki Maharaştra ştatında arxeoloqlar yaşı onminlərlə il olan qayaüstü təsvirlər aşkar ediblər.
Maraqlı
3 Oktyabr , 2018 10:14
Hindistanda naməlum sivilizasiyaya aid olan qayaüstü təsvirlər aşkarlanıb
BBC
0 : 00
0 : 00

Bakı. 3 oktyabr. REPORT.AZ/ Hindistanın qərbindəki Maharaştra ştatında arxeoloqlar yaşı onminlərlə il olan qayaüstü təsvirlər aşkar ediblər.

Bu barədə "Report" BBC-yə istinadən xəbər verir.

Alimlər oyma şəkillərin daha əvvəl bilinməyən sivilizasiuanın varlığının sübutu olduğunu düşünürlər.

Şəkillərin əksəriyyəti qalın Yer torpaq və çirk təbəqəsi ilə örütülü olduğundan min illər boyunca gözəgörünməz qalıb. Bəzi təsvirlər isə məlum olub və insanlar onları müqəddəs sayıb, bəzi yerlərdə isə hətta yerli əhali onlara ibadət edib.

Petroqliflərdə əks olunan şəkillərin müxtəlifliyi mütəxəssisləri təəccübləndirir. Belə ki, aşkar edilən qayaüstü təsvirlərdə heyvanların, quşların, insanların və həndəsi fiqurların şəkilləri var.

"Bu petroqlifləri öyrəndikdən sonra ilk fərziyyəmiz ondan ibarətdir ki, onlar bizim eradan təxminən 10 min il əvvələ aiddir. Təsvirləri kənd təsərrüfatı ilə tanış olmayan ovçu-toplayanlar cəmiyyətinin nümayəndələri yaradıblar", - Maharaştra ştatının Arxeologiya Departamentinin direktoru Teas Qarc bildirib.

Ştat rəhbərliyi aşkar edilmiş 400-dən çox təsvirin sonrakı araşdırılması üçün 3,2 milyon dollar vəsait ayırıb.

Son xəbərlər

Orphus sistemi