​Hindistan sakini yadplanetlinin şəklini çəkib - FOTO

Maraqlı
  • 04 avqust, 2015
  • 21:39
​Hindistan sakini yadplanetlinin şəklini çəkib - FOTO

Bakı. 5 avqust. REPORT.AZ/ Hindistan sakini Racastan İmraz Nadim yadplanetli görüb. O buna sübüt olaraq naməlum kiçik məxluqun fotosunu da təqdim edib.

"Report"un "The Daily Mail"a istinadən verdiyi xəbərə görə, foto sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olub. O özünün "Twitter" səhifəsində qeyd edib ki, şəkildəki naməlum məxluqu gəzinti zamanı tapıb: "O, yolda idi və mən yaxınlaşaraq şəklini çəkdim".

Bu hadisəyə sosial şəbəkələrdə münasibət müxtəlif olub. 

"Mən həmişə onların varlığına inanmışam", - britaniyalı Maykl Ruk yazıb.

Amerikalı Ceykob Aylens isə İT mütəxəssislərini ələ salmamağa çağırıb: "Bu, sadəcə, bir kilometrlik məsafədən belə görünən montajdır".