Fəzada yaşaya bilən bakteriyalar aşkar edilib

Fəzada yaşaya bilən bakteriyalar aşkar edilib Bəzi canlıların fəzada hərəkət edərək diri qalmalarını irəli sürən panspermia nəzəriyyəsi təcrübə yolu ilə təsdiqlənib.
Maraqlı
26 Avqust , 2020 19:32
Fəzada yaşaya bilən bakteriyalar aşkar edilib

Bəzi canlıların fəzada hərəkət edərək diri qalmalarını irəli sürən Panspermia nəzəriyyəsi təcrübə yolu ilə təsdiqlənib.

“Report” “Frontiers in Microbiology”yə istinadən xəbər verir ki, Yaponiyanın Tokio Farmakologiya və Həyat Elmləri Universitetində doktor Akihiko Yamaqişinin rəhbərliyi ilə tədqiqatçılar qrupu hələ 2018-ci ildə atmosferdə 12 km yüksəklikdə aşkarladıqları "Pharmacy" bakteriyalarının ultrabənövşəyi şualara dayanıqlı olduqlarını nəzərə alaraq fəzada da yaşaya bilib-bilmədiyini öyrənməyə qərar veriblər.

Bu məqsədlə bakteriyaların müxtəlif qalınlığa malik təbəqə şəklindəki koloniyaları beynəlxalq fəza stansiyalarının bayır səthinə 1, 2 və 3 illik müddətə yerləşdirildi.

Üç ildən sonra 0,5 mm-dən qalın təbəqələrdəki bakteriyaların fəza şəraitində həyatda qaldıqları məlum olub. Belə ki, təbəqənin üst qatındakı bakteriyaların məhv olaraq qalanlarını qoruyan xüsusi mühafizə qatı əmələ gətirdikləri məlum olub. Aparılan təhlillər 0,5 mm-dən qalın olan təbəqənin içərisində bakteriyaların fəza şəraitində belə 15-45 il ərzində yaşaya bildiyi qənaətinə gəlməyə əsas verib.

“Tədqiqatın nəticələri radio şüalarına dayanıqlı "Deinococcus" bakteriyalarının yer kürəsindən Marsadək yolboyu, yəni bir neçə ay ərzində həyatda qala biləcəyini ortaya qoyub”, - araşdırmada qeyd olunur.

Son xəbərlər

Orphus sistemi