Ekspertlər uğur və var-dövlət gətirən adları açıqlayıblar

Ekspertlər uğur və var-dövlət gətirən adları açıqlayıblar Ekspertlər milyarderlər arasında ən çox rast gəlinən oğlan və qız adlarının siyahısını tərtib edib.
Maraqlı
869
27 Sentyabr , 2019 10:42
Ekspertlər uğur və var-dövlət gətirən adları açıqlayıblar

Ekspertlər milyarderlər arasında ən çox rast gəlinən oğlan və qız adlarının siyahısını tərtib edib.

"Report" "People" jurnalına istinadən xəbər verir ki, siyahını "HushHush" uşaq geyimləri mağazasının analitikləri tərtib ediblər.

Mütəxəssislər mağazanın müştəriləri haqqında məlumatları, həmçinin Böyük Britaniyanın 1000 ən varlı şəxsi və ailəsinin yer aldığı "Sunday Times Rich List" kimi açıq məlumatları təhlil ediblər. Nəticədə milyarderlər arasında ən çox rast gəlinən adlar məlum olub.

Beləliklə, zənginlər arasında ən çox rast gəlinən kişi adlarına Con adı başçılıq edir. İkinci və üçüncü yerləri Devid və Tomas tutub. İlk onluğa həmçinin Vonq, Bill, Çarlz, Maykl, Robert, Məhəmməd və Cim adları da daxildir.

Milyarder qadınlar arasında daha çox Meri adına rast gəlinir. Cudi və Sofiya da məşhur adlardır. Onlardan əlavə "top-10"da Anna, Viktoriya, Elizabet, Ebiqeyl, Kim, Makkenzi, Kirsten adları da yer alıb.

Son xəbərlər

Orphus sistemi