Bakı. 23 noyabr. REPORT.AZ/ Braziliyada mövcud olan internat məktəb Britaniya Memarları Kral İnstitutu münsiflərinin rəyinə görə, 2018-ci ildə dünyanın ən yaxşı binası hesb edilib.
“Report” xəbər verir ki, nüfuzlu RIBA mükafatı iki ildən bir verilir.
"ADmagazine" nəşrinin məlumatına görə, uşaqlar üçün kənd təbii materiallardan salınıb, burada orta yay temperaturu 40 dərəcədir.
Bildirilir ki, yaşayış korpuslarının divarları elə inşa edilib ki, bu, binalarda təbii havalandırma yaradır.