Efiopiyada insanların ən qədim dağ məskəni aşkarlanıb

Efiopiyada insanların ən qədim dağ məskəni aşkarlanıb Beynəlxalq tədqiqatçılar qrupu Efiopiyada 4 min metr hündürlüyə malik dağlarda ən qədim insan məskəninin izlərini aşkar edib.
Maraqlı
13 Avqust , 2019 08:07
Efiopiyada insanların ən qədim dağ məskəni aşkarlanıb

Beynəlxalq tədqiqatçılar qrupu Efiopiyada 4 min metr hündürlüyə malik dağlarda ən qədim insan məskəninin izlərini aşkar edib.

"Report" "İzvestiya.ru"ya istinadən xəbər verir ki, bu barədə "Science Alert" nəşri məlumat yayıb.

Daha əvvəl hesab edilirdi ki, belə məskənlər çox sonralar yaranıb. Çünki mühit şəraiti, həmçinin seyrək hava həmin vaxtlarda daimi məskunlaşanlar üçün əlverişli deyildi.

Nəşr bildirib ki arxeoloqlar Efiopiyanın cənub hissəsində Finça-Xaberanın qayalıq sığınacağını tədqiq ediblər. Alimlərin məlumatına görə, tapıntının yaşı 45 min il qiymətləndirilir.

Xüsusi halda, tədqiqatçılar daş artefaktlarını və keramika fraqmentlərini tapıblar. Qazıntılar zamanı habelə qədim gəmiricilərin sümükləri, dəvəquşu yumurtasının qalıqları, həmçinin muncuqlar və qədim insanların tullantıları da aşkarlanıb.

Qeyd edək ki, Efiopiya ən qədim insan məskənlərindən biridir. 

Son xəbərlər

Orphus sistemi