“Amazon” şirkətinin rəhbəri Ceff Bezos cəmi 15 dəqiqə ərzində 13,2 milyard dollar qazanıb.
Bu barədə “Report”
Qeyd edilir ki, buna yanvarın 30-da “Amazon”un səhmlərinin postmarketlərdə 12 faizə - 2,1 dollara qədər kəskin sıçrayışı səbəb olub. Qiymət təyinetmələrin artması şirkətin müvəffəqiyyətli rüblük hesabatı ilə izah olunur. KİV qeyd edib ki, bu göstəricilər analitiklərin proqnozlarını "parça-parça edib".
Beləcə, “Amazon”un hesabatına əsasən, şirkətin gəliri 87,4 milyard dollar təşkil edib. Səhm üzrə gəlir – 6,47 dollar olub. Halbuki ekspertlər bunun 4,11 dollar olacağını gözləyirdilər.
İndi Bezosın varidatı 129,5 milyard dollara qədər artıb. Bunun 12 faizi “Amazon”a aiddir.