Dünyanın ən yaşlı kişisi 112 yaşlı yapon olub

Dünyanın ən yaşlı kişisi 112 yaşlı yapon olub Bakı. 10 aprel. REPORT.AZ/ Yaponiya vətəndaşı Masadzo Nonaka 112 yaş 259 günlüyündə dünyanın ən yaşlı kişisi adına sahib çıxıb.
Maraqlı
10 Aprel , 2018 12:40
Dünyanın ən yaşlı kişisi 112 yaşlı yapon olub
guinnessworldrecords.com

Bakı. 10 aprel. REPORT.AZ/ Yaponiya vətəndaşı Masadzo Nonaka 112 yaş 259 günlüyündə dünyanın ən yaşlı kişisi adına sahib çıxıb.

"Report" xəbər verir ki, bu barədə "Ginnes Rekordlar Kitabı"nın rəsmi internet saytında bildirilib.

Təşkilatın məlumatına görə, Yaponiya filialının vitse-prezidenti Erika Oqawa bu gün yeni rekord sahibini Hokkaydo adasındakı evində ziyarət edərək ona rekordla bağlı sertifikat təqdim edib.

Məlumata görə, M.Nonaka 1905-ci il iyulun 25-də anadan olub. Rekordçunun Hokkaydo adasında Asyoro kəndində onun yaxınlığında yaşayan yeddi qardaşı, bacısı və beş övladı var.

M.Nonaka boş vaxtlarında televizor izləməyi, qəzet oxumağı, konfet və tort yeməyi sevir.

Ümumiyyətlə, M.Nonaka dünyanın ən yaşlı kişisi adına sahib çıxan ilk yaponiyalı deyil. Ona qədər 1897-ci il apelin 19-da anadan olan və 116 yaş 54 günlüyündə ölən Dziroemon Kimura dünyanın ən yaşlı kişisi olub.

Xatırladaq ki, indiyə qədər dünyada yaşamış ən yaşlı adam 122 yaş 164 gün ömür sürmüş Jan Luiz Kalman olub.

Son xəbərlər

Orphus sistemi