Dünyanın ən yaşlı insanı vəfat edib

Dünyanın ən yaşlı insanı vəfat edib Nabi Tacima 117 yaşında dünyasını dəyişib
Maraqlı
22 Aprel , 2018 04:55
Dünyanın ən yaşlı insanı vəfat edib

Bakı. 22 aprel. REPORT.AZ/ Yaponiyada Yer kürəsinin ən yaşlı insanı dünyasını dəyişib.

“Report” "Associated Press"ə istinadən xəbər verir ki, yaponiyalı Nabi Tacima 117 yaşında vəfat edib.

O, 1900-cu ildə dünyaya gəlib. Qadının 160-dan çox törəməsi var.

Nabi Tacima 7 ay əvvəl yamaykalı Vayolet Braunun 117 yaşında vəfatından sonra dünyanın ən yaşlı insanı olub.

İndi dünyanın ən yaşlı insanı yaponiyalı Çiyo Yoşidadır. Qadının 116 yaşı var.

Son xəbərlər

Orphus sistemi