Dünyanın ən qoca cütlüyü - 106 yaşlı Con Henderson və 105 yaşlı Şarlotta toy mərasimlərinin 80-ci ildönümünü qeyd edib.
Bu barədə "Report"
Qeyd edilir ki, Con həyat yoldaşını 1920-ci il istehsallı ikiyerlik avtomobillə Lonqhorndakı (Texas ştatı) təntənəli mərasimə gətirib və ona ilk görüşlərində olduğu kimi gül hədiyyə edib.
Onlar 1934-cü ildə Texasın Universitetində tanış olublar və 1939-cu ildə nikaha daxil olublar.
"Onlar çox gözəl cütlükdür və insanların nikahda xoşbəxt olmalarına nümunədirlər", - deyə cütlüyün qohumu Ceyson Fri televiziya şirkətinə müsahibəsində bildirib. Xeyson Fri ər-arvadın dünyanın ən qoca cütlüyü kimi Ginnessin "Rekordlar" Kitabına düşməsinə kömək edib.
"Onlar ona görə şaddır ki, daim bir-birlərinə yaxındırlar, birlikdə səyahət edir və dolğun həyat yaşayırlar", - deyə o bildirib.