XXI əsrin sonuna yaxın qlobal istiləşməyə görə qum çimərliklərinin yarısı dəniz səviyyəsinin qalxması ilə əlaqədar su altında qala bilər.
“Report” “Nature”yə istinadən xəbər verir ki, bu nəticəyə İtaliya, İspaniya, Portuqaliya və Niderlandın alimləri gəlib.
“Qum çimərlikləri fırtına və sellərə qarşı müdafiənin ön xəttidir, çünki onlar şiddətli külək və güclü dalğaların qarşısını kəsirlər”, - araşdırmanın müəllifləri bildirib.
Alimlərin fikrincə, XX əsrdə dəniz səviyyəsi 17 santimetr qalxıb, XXI əsrin sonunadək isə daha 65 santimetr qalxa bilər. Bunun fəsadları sahilyanı bölgədə yaşayan, demək olar ki, milyard insana toxunacaq.
Dəniz səviyyəsinin qalxması, ilk növbədə, ada dövlətlərə, uzun sahil xətti olan ölkələrə və alçaq səviyyədə olan ərazilərə (məsələn, Banqladeş və Niderland) təsir edəcək.