Çin süni intellektə malik ilk humanoid robot hazırlayır

Çin süni intellektə malik ilk humanoid robot hazırlayır Çinin “Fourier Intelligence” şirkəti iyulun sonunda Şanxayda keçirilən Ümumdünya Süni İntellekt Konfransında “GR-1” humanoid robotunu təqdim edib.
Maraqlı
13 Avqust , 2023 17:09
Çin süni intellektə malik ilk humanoid robot hazırlayır

Çinin “Fourier Intelligence” şirkəti iyulun sonunda Şanxayda keçirilən Ümumdünya Süni İntellekt Konfransında “GR-1” humanoid robotunu təqdim edib.

“Report” xəbər verir ki, bu barədə “Soutern China Morning Post” qəzeti məlumat yayıb.

Şirkət robotun kütləvi istehsalına 2023-cü ilin sonuna qədər başlamağı planlaşdırır.

“GR-1” humanoid robotu iki ayaq üzərində 5 km/saat sürətlə hərəkət etmək və 50 kq-a qədər yük daşımaq qabiliyyətinə malikdir. 2019-cu ildən bəri inkişaf mərhələsindədir. 2022-ci ildə tərtibatçılar robotu iki ayağının üstünə qoyub yeriyə biliblər.

“Biz onu ilk dəfə ayaq üstə dayandığını və təkbaşına yeridiyini görəndə bu, bütün mühəndislərimiz üçün böyük ilham oldu. Yeni doğulmuş körpəni böyütmək kimi idi”- “Fourier” şirkətinin təsisçisi və baş direktoru Aleks Qu bildirib.

Onun sözlərinə görə, robotlardan qocalara qulluq, təhsil məqsədləri və qonaqları qəbul etmək üçün istifadə etmək olar.

Son xəbərlər

Orphus sistemi