Çikaqoda "Qırmızı kitab"a düşmüş nadir qara kərgədan doğulub

Çikaqoda "Qırmızı kitab"a düşmüş nadir qara kərgədan doğulub ABŞ-ın Çikaqonun şəhərinin heyvanat parkında şərq qara kərgədanı doğulub.
Maraqlı
24 May , 2019 03:20
Çikaqoda Qırmızı kitaba düşmüş nadir qara kərgədan doğulub

ABŞ-ın Çikaqonun şəhərinin heyvanat parkında şərq qara kərgədanı doğulub.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə heyvanat parkının "Twitter" səhifəsində bildirilib.

Qeyd edilir ki, Kapuki qara kərgədanının 13 yaşlı dişisi mayın 20-də bala doğub.

Şərq qara kərgədanı yox olma həddindədir. Brakonyerlər heyvanları buynuzlarına görə kütləvi şəkildə ovlayıb. Buna görə də 1970-1995-ci illərdə 2,4 min başa qədər azalıb.

2013-cü ildə qara kərgədanın yarımnövlərindən biri nəsli kəsilmiş elan edilib.

Daha əvvəl San-Diyeqoda yerləşən Safari-park (ABŞ, Kaliforniya ştatı) və Keniyanın Ol Peceta qoruğu dünyada nadir heyvan növlərindən biri olan ağ şimal kərkədanının nəslinin qorunub saxlanmasına yönələn iddialı plan işləyib hazırlayıblar.

Son xəbərlər

Orphus sistemi