Cəlilabad rayonunda qədim məzarlıq aşkar edilib.
"Report"un Muğan bürosunun məlumatına görə, məzarlıq rayonun Çəmənli kəndi ərazisində arxeoloji qazıntılar zamanı üzə çıxıb.
Qazıntıları AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqları aparıblar.
Məzarlıq eradan əvvəl yaşayış sahəsi kimi nəzərdə tutulmuş ərazidə tapılıb. Qəbirlər üzü şərqə basdırılmış formadadır.
Hazırda ərazidə qazıntı işləri davam etdirilir.
![](https://static.report.az/photo/fbad10d3-74f1-336d-9c76-b474102a6762_300.jpg)
![](https://static.report.az/photo/b0a62a92-8fe5-30f5-9abe-42b74d558bf3_300.jpg)