Məşhur aktyor Ceki Çan bildirib ki, yeni "Avanqard" döyüş filminin çəkilişləri zamanı ölüm təhlükəsi ilə üzləşib.
"Report" "China.org.cn" portalına istinadən xəbər verir ki, bu barədə o Pekində keçirilən mətbuat konfransında danışıb.
Aktyorun sözlərinə görə, hidrosikllə səhnənin çəkilişləri zamanı qayanın altında tələyə düşərək çıxa bilməyib və az qala boğulmaq təhlükəsi ilə üzləşib. Ancaq aktyor qorxuya təslim olmamağa çalışıb və özünü sakitləşdirib. Bu ona sərbəst şəkildə üzərək suyun üzünə çıxmağa kömək edib.
"Axşam duş qəbul etdikdə bu hadisəni xatırladım, həqiqətən özümü qorxmuş hiss etdim və əsməyə başladım. O haqda düşünürdüm ki, mən adi şəkildə ölə bilərəm", - deyə aktyor bildirib.
Çan vurğulayıb ki, o çəkiliş meydançasında təhlükəli vəziyyətlərlə dəfələrlə rastlaşıb: aktyor yıxılıb, zədələr alıb və uçan vertolyotdan asılı qalıb.
Filmin rejissoru Stenli Tonq etiraf edib ki, Çanın suyun altında olduğu bütün vaxt ərzində o, qorxu keçirib və aktyoru sağ gördükdə göz yaşları saxlaya bilməyib.