Cammu və Kəşmirdə dəbdəbəli toy mərasimləri qadağan edilib

Cammu və Kəşmirdə dəbdəbəli toy mərasimləri qadağan edilib Gəlinin valideynləri 500-dən artıq qonaq dəvət edə bilməz, bəy tərəfinin qonaqlarının sayı isə 400-dən artıq olmamalıdır
Maraqlı
22 Fevral , 2017 13:25
Cammu və Kəşmirdə dəbdəbəli toy mərasimləri qadağan edilib

Bakı. 22 fevral. REPORT.AZ/ Cammu və Kəşmir əyalətində aprel ayından dəbdəbəli toy mərasimlərinə qadağa qüvvəyə minir.

"Report" BBC-yə istinadən xəbər verir ki, yeni qaydalara görə, gəlinin valideynləri 500-dən artıq qonaq dəvət edə bilməz, bəy tərəfinin qonaqlarının sayı isə 400-dən artıq olmamalıdır.

Bundan əlavə, toy ziyafətində məhsulların israf istifadəsinə yol verməmək üçün qonaqlara ən çoxu 7 əsas yemək təqdim edilə bilər.

Qeyd edək ki, bu barədə əmr sakinlərin toy mərasimlərindən gələn səs-küydən və toydan sonra israf olunmuş məhsulların zibilliyə atılmasından çoxsaylı şikayətləri əsasında verilib.

Əlavə edək ki, 1984-cü ildə artıq oxşar qadağa qəbul edilib, amma sonradan kütləvi etirazlar nəticəsində qərar ləğv edilib.

Son xəbərlər

Orphus sistemi