Bu gün Günəş Yer kürəsinə maksimum yaxınlaşacaq

Bu gün Günəş Yer kürəsinə maksimum yaxınlaşacaq Bu gün Günəşlə Yer planeti arasında məsafə minimal olacaq, buna görə də teleskopda göy ulduzunun diski planetlərin bir-birindən maksimum uzaq olduğu iyulun əvvəli ilə müqayisədə 3% daha böyük görünəcək.
Maraqlı
5 Yanvar , 2020 06:51
Bu gün Günəş Yer kürəsinə maksimum yaxınlaşacaq

Bu gün Günəşlə Yer planeti arasında məsafə minimal olacaq, buna görə də teleskopda göy ulduzunun diski planetlərin bir-birindən maksimum uzaq olduğu iyulun əvvəli ilə müqayisədə 3% daha böyük görünəcək.

“Report” xəbər verir ki, bu barədə TASS-a astronavt, Moskva planetarisinin əməkdaşı Lyudmila Koşman bildirib.

"Bazar günü, yanvarın 5-də planetimiz öz orbitinin nöqtəsində Günəşə ən yaxın olacaq, hansını ki, o ildə bir dəfə keçir. Yer kürəsi həmin nöqtədən yanvarın əvvəlində keçir. Bu, 147 milyondan çox kilometrdən ibarətdir”, - deyə o bildirib.

L.Koşman xatırladıb ki, Yer kürəsində mövsüm dəyişikliyi onunla şərtlənir ki, planetin fırlanma oxu yer orbitinin səthində yastılığa meylə malikdir, amma bu heç də o demək deyil ki, Yerdən Günəşə qədər məsafə dəyişir.

Planetimizin Günəş ətrafında tam dövrü 365 gün 6 saat 9 dəqiqə 10 saniyə çəkir. Yer kürəsi Günəşin ətrafında 29,765 km/san orta sürətlə ellips orbiti üzrə hərəkət edir.

Son xəbərlər

Orphus sistemi