Britaniyanın ən qoca sakini uzunömürlülüyün sirrini açıb - FOTO

Britaniyanın ən qoca sakini uzunömürlülüyün sirrini açıb - FOTO Britaniyanın ən yaşlı sakini, 111 yaşını qeyd edən Bob Ueyton Daily Mail qəzetinə uzunömürlülüyün sirlərini açıb.
Maraqlı
157
30 Mart , 2019 04:53
Britaniyanın ən qoca sakini uzunömürlülüyün sirrini açıb - FOTO

Britaniyanın ən yaşlı sakini, 111 yaşını qeyd edən Bob Ueyton "Daily Mail" qəzetinə uzunömürlülüyün sirlərini açıb.

"Report" xəbər verir ki, ölkənin ən uzunömürlü sakini özü üçün əlamətdar günü Alton şəhərində, Qempşir qraflığındakı qocalar evində dostları və tanışları ilə birlikdə qeyd edib.

Bir vaxtlar müəllim və mühəndis işləmiş Bob Ueytonun iddiasına görə, o, ona görə çox yaşamağa nail olub ki, "sadəcə, ölümdən yayına bilib". "Mən qrip, malyariya xəstəlikləri keçirmişəm və bir neçə dəfə cərrahiyə əməliyyatı olunmuşam", - deyə Bob Ueyton bildirib.

O, qeyd edib ki, diqqət mərkəzində olmağı sevmir. B.Ueyton hətta kraliça II Yelizavetadan xahiş edib ki, ona "cansız" təbrik açıqcasını göndərməsin.

B.Ueytonun sözlərinə görə, dünya əsaslı şəkildə dəyişib, amma insanlar əvvəlki kimi qalıblar. "İnsanların indiyə qədər rastlaşdıqları əsas problemlər tamamilə eynidir. İnsana etibar etmək olarmı?", - deyə Ueyton vurğulayıb.

Ölkənin ən yaşlı sakini müasir nəqliyyatı və rabitənin inkişafını sivilizasiyanın əsas nailiyyətləri hesab edir. B.Ueyton bildirib ki, özünün doğum günündə Tayvanda 30-cu illərdə işlədiyi məktəbin kollektivi ilə "Skype" vasitəsilə danışacaq.

Ueytonun iki oğlu, qızı, on nəvəsi və iyirmi beş nəticəsi var. Ancaq o başqalarından asılı olmamağa çalışır. Məsələn, Ueyton supermarketə yaşlılar üçün, üzərinə "Bob 111" lövhəciyinin asıldığı arabaların köməyi ilə, sərbəst şəkildə gedir.

"Onlardan bir çoxu, kimin ki, əhval-ruhiyyəsi pisdir, bu lövhəciyi görən kimi gülümsəyirlər və biz danışmağa başlayırıq. Mən məhz buna görə yaşayıram", - deyə uzunömürlü qeyd edib.

Son xəbərlər

Orphus sistemi