Britaniyada 60 il evli olmuş cütlük eyni gündə koronavirusdan öldü

Britaniyada 60 il evli olmuş cütlük eyni gündə koronavirusdan öldü Böyük Britaniyada 60 il birgə yaşayan ər və həyat yoldaşı koronavirusdan 17 saat fərqi ilə dünyasını dəyişiblər.
Maraqlı
16 Aprel , 2020 03:43
Britaniyada 60 il evli olmuş cütlük eyni gündə koronavirusdan öldü

Böyük Britaniyada 60 il birgə yaşayan ər və həyat yoldaşı koronavirusdan 17 saat fərqi ilə dünyasını dəyişiblər.

“Report” xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

İngiltərənin Cənubi Uels şəhərindən olan 86 yaşlı Brin və 80 yaşlı Pet Hovellslər ötən ilin dekabr ayında "Brilyant toy"larını qeyd ediblər. 

Hətta Britaniya kraliçası II Elizaveta da onları təbrik edib.

Lakin, bu ilin 4 aprel tarixində Petin vəziyyəti pisləşib və onun həyat yoldaşında eyni simptomlar hiss edilib. 

Onlar xəstəxanaya aparılaraq koronavirusdan test edilib. Hər ikisinin də testi müsbət çıxıb. 

11 gün sonra səhər saatlarında Pet, axşam isə Brin dünyasını dəyişib. 

Cütlüyün koronavirusa necə yoluxduqları qohumları üçün sirr olaraq qalır, çünki hər ikisi dörd həftə təcrid vəziyyətdə yaşayıblar. Mərhumların dörd oğlu, 11 nəvəsi və 12 nəticəsi olub. 

Son xəbərlər

Orphus sistemi